Baş katib postuna ən real namizəd bu şəxsdir? – SON DƏQİQƏ

2 Aprel 2024 10:20 Gündəm 1 107
Baş katib postuna ən real namizəd bu şəxsdir? – SON DƏQİQƏ

AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir.

Konfransda AFFA-ın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Son 16 ildə AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdyllayev namizədliyini irəli sürməyib. Bu dəfə yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəf olduğundan, o, AFFA-nın növbəti şefi seçiləcək.

Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olacaq.

Konfransda AFFA İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənəcək və… Yeni baş katibin kimliyinə də aydınlıq gələcək.

2022-ci ildə Elxan Məmmədovu bu postda əvəzləmiş Sərxan Hacıyevin yerinə ən real namizəd Ramin Həsənovdur.

O, vaxtilə AFFA-da çalışıb, Elxan Məmmədovun əsas kadrlarından biri olub. «Mançester Yunayted» Yay Futbol Məktəbində fotoqraf, inzibatçı və təlimatçı işləyib.

Daha sonra - 2016-cı ildə «Səbail»ə göndərilib. Dörd ilə yaxındır ki, Bayıl klubunu «Sabah»a dəyişib, burada icraçı direktor vəzifəsinə yiyələnib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar