COP29

“Yeni qərardan sonra Azərbaycan bazarına..."

6 Dekabr 2023 18:50 Gündəm 360
“Yeni qərardan sonra Azərbaycan bazarına..."

Azərbaycana idxal olunan dərmanların tanınması üçün ekspertiza müddətinin 11 iş günü müəyyən edilməsi bu sahədə rəqabətliliyi artıracaq.

Bunu Report-a açıqlamasında Tarif (Qiymət) Şurasının bugünki qərarını şərh edən istehlak bazarı üzrə ekspert Eyyub Kərimli bildirib.

Bundan başqa, onun sözlərinə görə, sadələşdirilmiş ekspertiza tariflərinin mövcud tariflərdən 20-29 % az müəyyən edilməsi ölkədə dərman çeşidliliyinin artmasına müsbət təsir göstərəcək.

“Bu cür addımlar sahibkarların ölkəyə dərman idxal etməsinə marağını artırır. Digər tərəfdən bu cür yeniliklər qiymətlərə, dərmanların maya dəyərinə az da olsa təsir göstərəcək. Yeni qərar qüvvəyə mindikdən sonra Azərbaycan bazarına daha keyfiyyətli dərmanlar daxil olacaq, istehlakçıların seçim imkanları xeyli artacaq. Bu da əhalinin sağlamlığın qorunması üçün vacibdir", - deyə ekspert qeyd edib.

"Azərbaycan il ərzində təxminən 500 milyon ABŞ dolları dəyərində dərman idxal edib. Dərman sənayemiz 90 % idxaldan asılıdır. Prosedurların sadələşdirilməsi bu sahə ilə məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətini stimullaşdıracaq”, - E.Kərimli fikrini tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"