“Ermənistan regionda nəqliyyat kommunikasiyaları açılacağı təqdirdə öz ərazisindən tranzit prosedurlarını sadələşdirməyə hazırdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa parlamentinin plenar iclasında çıxışı zamanı deyib.
“Biz ərazimizdən keçən Azərbaycan yüklərinin və azərbaycanlıların təhlükəsizliyini təmin etməyə hazırıq”, - deyə Paşinyan qeyd edib.

