Premyer Liqanın iştirakçısı yeni qapıçı axtarır - Namizədləri də var

10:20 İngiltərə 85
Premyer Liqanın iştirakçısı yeni qapıçı axtarır - Namizədləri də var

“Liverpul” rəhbərliyi Alisson Bekkerin yerinə qapıçı axtarır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yay transfer pəncərəsində “Yuventus”a keçə bilər.

Onun yerinə “qırmızılar”ın ilk seçimi artıq komandada olan gürcü qolkiper Giorgi Mamardaşvili olacaq.

Mersisayd klubu həmçinin PSJ-nin futbolçusu Luka Şevalye və “Aston Villa”nın qapıçısı Emiliano Martineslə də maraqlanır.

Alisson Bekker 2018-ci ilin yayından bəri “Liverpul”da çıxış edir. 33 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu