Renat Dadaşova şans verildi, böyükhesablı qələbə qazandılar

11 May 08:20 Bizimkilər 350
Renat Dadaşova şans verildi, böyükhesablı qələbə qazandılar

Polşa Ekstraklasasında 32-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" səfərdə "Visla Plotsk"ın qonağı olub.

Qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Renat Dadaşov meydana 77-ci dəqiqədə daxil olub.

"Motor" turnir cədvəlində 42 xalla doqquzuncu pillədə qərarlaşıb.

"Visla Plotsk" - "Motor" 0:4

Qollar: B.Volski, 7, K.Çubak, 31, M.Bartoş, 80, Fabio Ronaldo, 88

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti