Yeni klubunu özü yox, xanımı seçəcək - Arvaddan qorxan

17:20 İngiltərə 114
Yeni klubunu özü yox, xanımı seçəcək - Arvaddan qorxan

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro mövsümün sonunda “qırmızı şeytanlar”la vidalaşmağa hazırlaşır.

Braziliyalı futbolçunun klubu ilə müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq və tərəflər əməkdaşlığı davam etdirməyəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı oyunçu yeni komandasının seçimini həyat yoldaşına həvalə edib.

Daha əvvəl mətbuatda “İnter Mayami”nin (MLS) Kazemironu transfer etmək istədiyi deyilirdi. ABŞ təmsilçisinin heyətində Lionel Messi də çıxış edir.

Kazemiro 2022-ci ildən “Mançester Yunayted”in formasını geyinir. O, İngiltərəyə transfer olunmazdan əvvəl uzun illər “Real”ın uğurları üçün çalışıb.

Braziliyalı yarımmüdafiəçi Mançester təmsilçisinin heyətində keçirdiyi 159 oyunda 26 qol vurub və 14 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti