Əvəzedicilər Liqasında 25-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, “Qəbələ-2” evdə “Sabah-2” ilə qarşılaşıb və qalib gəlib.
Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.
Görüşün taleyini bir qol həll edib. İlk yarıda qonaqların qapısına yol tapan “qırmızı-qaralar” ev qələbəsi qazanıb.
Yeganə qola Süleyman Damadayev imza atıb. O, penaltidən fərqlənib.
Bu qələbə ilə “Qəbələ-2” xallarının sayını 52-yə çatdırıb. Komanda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Turun əvvəlki oyunlarında “Neftçi-2” “Araz-Naxçıvan-2”-yə (4:0), “Zirə-2” “Sumqayıt-2”-yə (3:1),“Kəpəz-2” “Şamaxı-2”-yə (3:2) qalib gəlib, “Turan Tovuz-2” “Qarabağ-2”-yə (0:3) məğlub olub.
“Qəbələ-2” – “Sabah-2” 1:0
Qol: Süleyman Damadayev, 35-pen.

