Özü “Barselona”nı, “Yuventus” da onu istəyir - TRANSFER BAZARI

10 May 20:25 İngiltərə 650
Özü “Barselona”nı, “Yuventus” da onu istəyir - TRANSFER BAZARI

“Yuventus” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı razı salmaq üçün çalışır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu mövsümün sonunda azad agent olacaq.

Yarımmüdafiəçinin “Barselona”ya keçməyə ümid etdiyi bildirilir, lakin “Yuventus” hazırda onu transfer etmək üçün daha çox çalışır.

Turin klubu oyunçuya yaxşı maaş və vaxtı 2028-ci ilə qədər olan müqavilə təklif edib, müqavilənin zamanını daha 12 ay uzatmaq imkanı da var.

Silva bu mövsüm “Mançester Siti”də 49 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?