Braziliyalının transferi üzərində işləməyə davam edir - Premyer Liqa nəhəngi

00:20 İngiltərə 59
Braziliyalının transferi üzərində işləməyə davam edir - Premyer Liqa nəhəngi

“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Edersonun transferi üzərində işləməyə davam edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” bir neçə həftədir oyunçunun nümayəndələriylə danışıqlar aparır.

İngiltərə klubunun idman direktoru Ceyson Uilkoks yarımmüdafiəçinin performansını yüksək qiymətləndirir.

Klublar arasında müqavilə hələ çox uzaqdır, lakin “Mançester Yunayted”in marağının ciddi olduğu bildirilir.

Edersonun “Atalanta” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarında başa çatacaq. Onun “transfermarkt”da bazar dəyəri 40 milyon avrodur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu