“Moskva Qarabağda davam edən gərginlikdən narahatdır"

15 Sentyabr 2023 08:00 Gündəm 646
“Moskva Qarabağda davam edən gərginlikdən narahatdır"

“Moskva Qarabağda davam edən gərginlikdən narahatdır, Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlərə açıqlamasında bildirib.

“Təbii ki, bəzi sahələrdə gərginliyin səngiməməsindən və hətta artmağa meylli olmasından narahatıq. Hər şeyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvan, həm də Bakı ilə əlaqələrimizi davam etdiririk. Və təbii ki, biz hər iki tərəfi təmkin göstərməyə və iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq. Təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq”, -Peskov Qarabağda artan gərginliklə bağlı Moskvanın mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş