Sülh açıqlaması: Ancaq ordu ilə...

15 Sentyabr 2023 04:00 Gündəm 937
Sülh açıqlaması: Ancaq ordu ilə...

Hazırda təklif olunan sülh Ermənistan dövlətçiliyinin möhkəmlənməsinə gətirib çıxarmayacaq, ermənilərin firavanlığını və dinc həyatını təmin etməyəcək.

Bu sözlərin müəllifi Ermənistan parlamentinin deputatı, revanşist siyasətçi Artur Xaçatryandır.

Onun sözlərinə görə, bunun nəticəsində Ermənistan sadəcə dünyanın siyasi xəritəsində adını saxlaya biləcək, lakin sivilizasiyadan kənarda qalacaq və beynəlxalq hüququn subyekti yox, obyektinə çevriləcək.

“Əsl sülh ancaq ordu və çevik diplomatiya ilə təmin oluna bilər”, - deyə revanşist deputat vurğulayıb.

“Diplomatik cəbhədə Ermənistan da uğursuzluğa düçar olur və bu səbəbdən ölkə beynəlxalq təcrid vəziyyətindədir. Bunu Azərbaycan və Ermənistanın son illərdə imzaladığı strateji sazişlərin sayını müqayisə edərək görmək olar. Bu cür müqayisələr heç də Ermənistanın xeyrinə deyil", - deyə o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş