Ermənistan futbolunun əfsanəsi acınacaqlı durumda: Dərman almağa pul tapa bilmir

15 Sentyabr 2023 02:20 Gündəm 806
Ermənistan futbolunun əfsanəsi acınacaqlı durumda: Dərman almağa pul tapa bilmir

Ermənistan futbolunun tanınmış siması, 1960-70-ci illərdə çıxış etmiş Nikolay Kazaryanın durumu heç də yaxşı deyil.

20 ildən artıqdır təqaüddət olan veteran futbolçunun səhhətində ciddi problemlər var.

“Bir müddət əvvəl insult keçirdim və xəstəxanaya düşdüm. Müxtəlif xəstəliklərimin olduğu üzə çıxdı. Qan təzyiqim futbol topu kimi hoppanır, dərmanlarla saxlayıram.

Sümüklərin və oynaqların iltihabından əziyyət çəkirəm. Yalan danışmayacağam, bütün bunlarla çətinlik çəkirəm. Daim diqqətli olmağınız və bütün dərmanları vaxtında qəbul etməyiniz xüsusilə çətindir”, - deyə Kazaryan bildirib.

O bildirib ki, ağldığı təqaüdlə dərmanları almaq olduqca çətindir. Kazaryan etiraf edib ki, 2013-cü ildə 70 dollar (113 manat) təqaüd alıb, 2019-cu ildə bu məbləğ 39 min drama qədər (177 manat) artıb:

“Maliyyə baxımından çətindir. Dərmanların qiymətini bilirsiniz. Amma müalicəyə, dərmana pul çatmır. Bu baxımdan pensiyaçılar çox çətin günlər yaşayırlar. İmkanım yoxdur. Bunları düşünəndə əsəbiləşirəm”.

75 yaşlı veteran futbolçu bildirir ki, dəfələrlə müxtəlif qurumlardan kömək istəsə də, heç bir nəticə əldə etməyib:

“Hələ heç kim kömək etməyib. Çox adam söz verib, amma ortada heç nə yoxdur. Müxtəlif orqanlarla əlaqə saxladım, amma hər şey nəticəsiz qaldı.

Bütün bunlar ayıbdır. Artıq 70 yaşı keçmişəm. Heç nə etmək olmaz. Baxırsınız, illər keçdikcə insan istifadə edilməli olan əvəzsiz təcrübə əldə edir.

Bunun heç bir zərəri olmayacaq, amma böyük faydası ola bilər. Belə insanlar qızıl dağ tələb etmir, sadəcə olaraq vətənlərinə faydalı olmaq istəyirlər.

Sadəcə, diqqət istəyirlər. Bu, təkcə keçmiş idmançılara aid deyil.

Dörd ay əvvəl mən daha dözə bilmədim və meriyaya ərizə yazdım ki, mənə heç olmasa liftli binadan və ya birinci mərtəbədən bir otaqlı mənzil ayrılsın.

Cavab da almadım. Amma biz "Ararat" veteranlarına diqqət və qayğı lazımdır. Biz iki otaqlı mənzildə sıxışıb yaşayırıq.

Daha doğrusu, sağ qalmağa çalışırıq. Nə yaxşı ki, komanda yoldaşlarımızla müxtəlif səbəblərə görə tez-tez görüşürük. Həm kədərli, həm də yaxşı anlar yaşayırıq”.

Kazaryan bu barədə mətbuata dəfələrlə açıqlamalar verib. Ancaq onun çıxışlarından sonra Ermənistan futbolunun əfsanəsinə heç kim kömək etməyib:

“Bu gün bütün "Ararat" oyunçuları diqqətdən kənar qalıb. Sağlamlığımızı bərpa etməliyik, hər birimiz özümüzü futbola həsr edərək, oynayarkən aldığımız zədələrin əziyyətini görürük. Çoxlu problemlər var. Hər birimiz sağ qalmağa çalışırıq”.

Heybət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti