Azərbaycanda sürətlə tikilən bu stadion hansı klubun ixtiyarına veriləcək? - FOTOREPORTAJ

12 Sentyabr 2023 17:40 Gündəm 5 093
Azərbaycanda sürətlə tikilən bu stadion hansı klubun ixtiyarına veriləcək? - FOTOREPORTAJ

Şövkət Orduxanov adına Qusar şəhər stadionunda təmir-təkinti işləri sürətləndirilib.

İnşaatı bir neçə ay əvvəl yenidən bərpa edilən arenada hazırda xeyli sayda işçi qüvvəsi çalışır.

Sportinfo.az-ın əməkdaşı sözügedən məkana baş çəkib, aparılan yenidənqurma ilə yaxından tanış olub.

Əraziyə ağır texnikalar və iri həcmdə tikinti materialları gətirilib, Səhər saatlarından hava qaralanadək burada iynə atsan, yerə düşməz.

İnşaata aidiyyatlı şəxslərin dediyinə görə, stadion dekabrın sonu, yanvarın əvvəlində təhvil verilməsi nəzərdə tutulub. Meydançanın təbii, yoxsa süni olacağı isə hələ dəqiqləşməyib.

Hazırda Qusarın iki təmsilçisi II Liqada mübarizə aparır. Məlum problemə görə onlar doğma rayondan uzaq düşüb.

«Qusar» Sumqayıta üz tutubsa, «Şahdağ» Şamaxıda məskunlaşıb.

«Şövkət Orduxanov» hazır vəziyyətə gətiriləndən sonra böyük ehtimalla, «Şahdağ»ın ixtiyarına veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti