Qarabağdakı “generallar” indi də Ermənistana qaçır

12 Sentyabr 2023 03:20 Gündəm 1 113
Qarabağdakı “generallar” indi də Ermənistana qaçır

Bloger Roman Baqdasaryan erməni cəmiyyətinə müraciət edərək, Qarabağ klanının nümayəndələrinin Ermənistana daxil olmasının yaratdığı təhlükədən danışıb.

O, bu barədə "feysbuk" səhifəsində yazıb.

“Müharibədən 3 il keçir. Qarabağdakı xainlər - Araikin “məmurları”, “generalları” həbsxanadan Ermənistana qaçır və burada cəzasız olaraq dolaşır. Niyə biz hər kəsə Qarabağdan Ermənistana gəlməyə icazə veririk? Niyə heç kim Samvel Oqanovskinin Ermənistanda nə işlə məşğul olduğunu soruşmur? “Xankəndi merinin” arvadı kənd təsərrüfatına rəhbərlik edirsə, uşaqları ilə niyə Ermənistana qaçıb? Ermənistan işdə olmayan insanların maaşını necə verir? Onlar iş yerində deyil, Ermənistanda kef edirlər. Bako və Araikin göstərişi ilə həbsxanalarda adam öldürən o qarabağlılar niyə İrəvanda sakit gəzirlər? İnsanlar cinayət məsuliyyətinə cəlb olunurlar, qətllərdə ittiham olunurlar, amma yenə də sakitcə Ermənistana köçürlər. Təsəvvür edə bilərsinizmi ki, onlar hansı zərərlərə səbəb ola bilərlər?” - bloger bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş