Bakının bu ərazisində söküntü başlayır - 2000 manat kompensasiya veriləcək

11 Sentyabr 2023 13:50 Gündəm 991
Bakının bu ərazisində söküntü başlayır - 2000 manat kompensasiya veriləcək

Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləcək.

Söhbət “Təzəpir” məscidi ətrafında yerləşən fərdi evlərdən gedir.

Artıq adı çəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Dövlət tərəfindən maliyyə ayrılan kimi həmin sakinlərin köçürülməsi prosesinə başlanılacaq.

Məlumata görə, söküntü Bəşir Səfəroğlu küçəsindən Azadlıq propektindəki 5 mərtəbəli binaya qədər olan hissəni əhatə edəcək.

Söküntü işlərinə başlamazdan əvvəl sakinlərə hər kavdratmetrə görə 1500+500 AZN kompensasiya veriləcək. Əlavə verilən 500 AZN maddi yardım kimi hesablanacaq.

Ərazidə yaşayan və evinin kvadratı az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş