Millimizin sabiq üzvü mükafat almağa getdi, nazirdən maraqlı replika eşitdi - FOTOLAR

8 Sentyabr 2023 22:20 Gündəm 1 379
Millimizin sabiq üzvü mükafat almağa getdi, nazirdən maraqlı replika eşitdi - FOTOLAR

Ötən həftə gənclər və idman naziri Fərid Qayıbov Qayıbov “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

Təltif olunanlar arasında Azərbaycan milli komandasının keçmiş futbolçusu Əfran İsmayılov da olub.

Hazırda “Araz Naxçıvan”da seleksioner kimi çalışan veteran yarımmüdafiəçi ürək sözlərini Sportinfo.az-la bölüşüb:

“Sevindirici hadisədir. Əməyimizi qiymətləndirən insanlara təşəkkür edirəm. Bununla kifayətlənmək olmaz. Daha çox işləmək, çalışmaq lazımdır. Həm Azərbaycan futboluna xeyir vermək üçün, həm də belə uğurlara davam etmək üçün”.

İsmayılov nazirlə arasında yaşanan qısa dialoqu da bizə danışıb:

“Əslində medalla bir müddət əvvə təltif olunmuşam. Sadəcə gedib almaq qalırdı. Nəhayət, bu dəfə almaq qismət oldu. Gecə gəldiyimi nazir də mənə xatırlatdı (gülür). Belə ki, mükafatımı alan zaman ayaqüstü qısa dialoqumuz oldu. Mənə bildirdi ki, mükafatını indi niyə alırsan? Niyə bu qədər gecikmisən? Mən də bildirdim ki, həm səhlənkarlıq, həm də işlərin çoxluğundan belə alınıb”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti