"Qarabağ" bu transferdən yüzminlərlə avro qazanacaq! – SON DƏQİQƏ

7 Sentyabr 2023 18:00 Gündəm 14 748
"Qarabağ" bu transferdən yüzminlərlə avro qazanacaq! – SON DƏQİQƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Türkiyəyə gedib.

AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə oyun ərəfəsində yığmanın düşərgəsini tərk edən kiper gecə saatlarında Bakıya qayıdacaq.

29 yaşlı qolkiper Superliqa klubu “Adana Dəmirspor”la müqavilə bağlayacaq.

“Qarabağ”dan ayrılan Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la 2+1 illik sazişə qol çəkməsi gözlənilir.

Bu transfer «köhlən atlılar»a pul qazandıracaq. Adana təmsilçisi ona görə Azərbaycan çempionuna 300 min avro ödəməyə hazır olduğunu bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş