"Qarabağ”la pul davası edirdi, indi qəpik-quruşa oynayır

7 Sentyabr 2023 21:20 Gündəm 20 408
"Qarabağ”la pul davası edirdi, indi qəpik-quruşa oynayır

Vild-Donald Gerye karyerasını Litvada davam etdirəcək.

Vaxtilə Türkiyə Super Liqasında, Polşa Ekstraklasasında, Kipr elitasında, Azərbaycan Premyer Liqasında oynayan müdafiəçi sözügedən ölkənin ortabablarından olan “Panejevis”lə ilyarımlıq müqavilə bağlayıb.

34 yaşlı haitili birvaxtlar ölkəmizdə səviyyəsinə görə seçilən legionerlərdən idi. Hətta iş o yerə çatmışdı ki, “Qarabağ”ın dəvətini qəbul etmir, illik məvacib kimi 400-450 min avro tələb edirdi.

“Qarabağ”dan ayrılandan sonra ad-sanlı klublara lazım olmadı. Və beləcə, günlərin birində “Panejevis”də aylıq 5 min avroluq müqaviləyə qol çəkməyə razılıq verdi.

Gerye Azərbaycanda üç müxtəlif klubun – “Qarabağ”, “Neftçi” və “Zirə”nin şərəfini qoruyub. O, Premyer Liqada 66 oyun keçirərək 7 qola imza atıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş