“Şahruddinin “Qarabağ”dan getməsi günün şərti idi” – ŞOK VİDEO!

7 Sentyabr 2023 14:40 Gündəm 1 740
“Şahruddinin “Qarabağ”dan getməsi günün şərti idi” – ŞOK VİDEO!

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”a keçir.

29 yaşlı kiper Superliqa təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov gözlənilən transferlə bağlı maraqlı fikirlər səsləndirib.

Qeyd edib ki, Şahruddinin mental olaraq özünə gəlməsi üçün belə bir transfer şərt idi:

"Yəni, təsəvvür edirsiz, ölkədə adınız hallanan kimi insanlar başlayır haqqınızda mənfi fikirlər səsləndirməyə. Bu halda oyunlara necə çıxa və köklənə bilərsiz?

"Adana Dəmirspor"dan təklif gələn kimi qapıçı bunu dərhal dəyərləndirib. Klubun rəhbərliyi çox həssas davranaraq, Şahruddinə keçid üçün imkan yaradıb.

"Adana Dəmirspor"da Şahruddin nə edə bilər? İlk növbədə qapı xəttində ciddi mübarizənin şahidi olacağıq.

Həm yerli, həm də bosniyalı qapıçı ilə mübarizə aparacaq.

"Adana Dəmirspor"un prezidenti Murat Sancakla telefonla danışdım. Məndən soruşdu ki, o, necə qapıçıdır? Dedim ki, çox yaxşı.

Əsas problemi hazırda psixolojidir. Onu üzərindən atarsa, möhtəşəm çıxışlarla yadda qalar.

Bir də sözüm Türkiyə klubunun sosial şəbəkə hesablarında Şahruddinlə bağlı aşağılayıcı fikirlər yazanlaradır. Niyə belə edirsiz, axı?

Olan oldu, keçmişdə qaldı. Millimizin üzvünə qarşı belə ifadələr işlətmək, adanalı azarkeşlərin qarşısında çətin duruma salmaq nə dərəcədə düzgündür?

Istənilən halda, uğurlar, Şahruddin!".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti