"Vatsap"da yeni funksiya - Hesablar arasında keçid etmək mümkün olacaq

4 Sentyabr 2023 15:30 Gündəm 940
"Vatsap"da yeni funksiya - Hesablar arasında keçid etmək mümkün olacaq

Vatsapın Android üçün beta versiyasında “Parametrlər” bölməsi yenilənib və yeni funksiya əlavə edilib.

Bu barədə məlumatı “WABetaInfo” portalı yayıb.

Yeni funksiya sayəsində istifadəçilər Vatsapdan qeydiyyatdan keçərək bir cihazda bir neçə hesabdan istifadə etmək imkanı əldə ediblər.

Beləliklə, yeni funksiya sayəsində hesablar arasında keçid etmək mümkün olacaq.

Bildirilir ki, istifadəçilər əlavə olaraq yalnız bir hesab əlavə edə bilərlər. Gələcəkdə isə bu sayın artırılacağı istisna edilmir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş