“Rəşad Sadıqovla halallaşdıq - Təkliflər var idi, ortaq məxrəcə gələ bilmədik”

2 Sentyabr 2023 14:20 Gündəm 1 936
“Rəşad Sadıqovla halallaşdıq - Təkliflər var idi, ortaq məxrəcə gələ bilmədik”

"Böyük futboldan normal təklif olsa, dəyərləndirəcəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Birbaşa Bakı"nın futbolçusu Təmkin Xəlilzadə yarışdan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

O, karyerasını bitirmədiyini söyləyib:

"Son olaraq "Zirə"də çıxış etmişəm. Baş məşqçi Rəşad Sadıqovla görüşdük və halallaşdıq.

Premyer Liqa və ölkə xaricindən təkliflər var idi. Lakin ortaq məxrəcə gələ bilmədik. Minifutbolda oynamağı səbirsizliklə gözləyirəm".

Xəlilzadə turnirin maraqlı alınacağını vurğulayıb:

"Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Məşqlərimiz davam edir və yaxşı hazırlaşırıq".

"Birbaşa Bakı" C qrupunda "Prestij" (Albaniya), "Volta" (Moldova) və "Maqufana" (Yunanıstan) ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş