Rusların məşhur klubu Mahirin elçiləri arasında

29 Avqust 2023 08:30 Gündəm 1 518
Rusların məşhur klubu Mahirin elçiləri arasında

"Dinamo" və Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenidən Rusiya klublarının diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 26 yaşlı forvard "Lokomotiv"in transfer siyahısındadır.

Zaqreb klubu icazə verərsə, Emreli "transfer pəncərəsi"nin sonuna qədər "Lokomotiv"ə keçə bilər.

Mahirin özü də, "dəmiryolçular"ın formasını geyinməyə razıdır. Yaxın günlərdə məsələnin necə yekunlaşacağı dəqiqləşəcək.

Mahir hələ iki il əvvəl “Lokomotiv”dən təklif almışdı. Amma o, “Legiya”dan ayrılaraq “Dinamo”ya keçməyə üstünlük vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş