Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” “Olimpiya”nı qəbul edəcək.
Avqustun 24-də Lyublyanadakı “Stojitse” stadionunda keçirilən oyunda təmsilçimiz 2:0 hesabı ilə qalib gəlməklə böyük üstünlük qazanıb.
“Qarabağ” hər nə qədər cütün favoriti göstərilsə də, Sloveniya çempionu cavab qarşılaşmasında əllərini yanına salmaq fikrində deyil.
“Olimpiya” Bakıda dəstəksiz qalmayacaq.
Belə ki, matç saatında Tofiq Bəhramov adına Respublika Stadionunda qonaqlar üçün ayrılmış sektorda 30-35 civarında sloveniyalı azarkeş yerini tutacaq.
Lyublyana təmsilçisi ev sahibi “Qarabağ”a məhz bu sayda azarkeş üçün bilet sifarişi edib.
Oyunu Sloveniya mətbuatında ətraflı işıqlandırmaq üçün bu ölkədən Bakıya həmkarlarımız təşrif buyuracaq. İki jurnalist akkreditasiyadan keçib.
Avqustun 31-də keçiriləcək “Qarabağ” – “Olimpiya” qarşılaşması 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZR

