Ermənistanda yenə ehtiyatda olan hərbçiləri toplayırlar – Müharibəyə hazırlaşırlar?

25 Avqust 2023 12:30 Gündəm 532
Ermənistanda yenə ehtiyatda olan hərbçiləri toplayırlar – Müharibəyə hazırlaşırlar?

“Ermənistanda ehtiyatda olan hərbi qulluqçular bu ilin sentyabrın 15-dən dekabrın 15-dək toplanacaqlar”.

Bu barədə Ermənistan hökumətinin avqustun 24-də keçirilən iclasında məlumat verilib.

Hökumətin qərarı ilə ehtiyatda olan hərbi qulluqçuların tərkibi, ümumi sayı və ixtisaslar, habelə hər bir ixtisas üzrə dərslərin keçirilmə vaxtı və sayı müəyyən edilib.

Bundan başqa, 1047 nəfərə qədər vətəndaşın bu işə cəlb olunması gözlənilir.

Bunların içində 528 kiçik gizir və sıravi, 28 baş çavuş və 491 ehtiyatda olan zabitin gətirilməsi nəzərdə tutulur. Hər bir vətəndaş 25 təqvim günündən çox olmayaraq təlimlərdə iştirak edəcək.

İclasda o da vurğulanıb ki, hərbi qulluqçuların və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının müayinəsi prosesində istifadə olunan sənədlərin, o cümlədən sağlamlıq pasportlarının və xəstəlik vərəqələrindən çıxarışların, o cümlədən, onların elektron versiyaların verilməsinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti