Elxan Məmmədov AFFA-nın prezidenti olsa, baş katib postuna kimi əyləşdirəcək?

23 Avqust 2023 20:00 Gündəm 1 611
Elxan Məmmədov AFFA-nın prezidenti olsa, baş katib postuna kimi əyləşdirəcək?

AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov FİFA-nın Paris ofisindən ayrılmaq niyyətindədir.

Ötən ilin mayından etibarən dünya futbol qurumunun Fransada yerləşən orqanında fəaliyyət göstərən keçmiş federasiya funksioneri yenidən Azərbaycana, bir qədər də konkretləşdirsək, AFFA-ya dönməyi planlaşdırır.

Onun arzusu gələn il keçiriləcək prezident seçkilərində iştiraka nail olmaq, namizədliyini verməkdir. E,Məmmədov bu yöndə sakit-sakit iş görür. müxtəlif səlahiyyətli şəxslərin qəbuluna düşməyə, dəstək almağa can atır.

13 ildən artıq müddətdə AFFA-da söz sahibi olmuş E.Məmmədov, digər tərəfdən, özünə komanda formalaşdırmağa başlayıb.

O, AFFA-ya prezident olaraq dönərsə, baş katib vəzifəsinə kimi əyləşdirəcəyini də özü üçün müəyyənləşdirib.

Həmin şəxs «Neftçi» və «Şamaxı»nın sabiq idman direktoru, hazırda həm menecer, həm də «tiktoker» kimi fəaliyyət göstərən Ceyhun Sultanovdur.

Adını çəkdiyimiz zat vaxtilə onu işlədiyi klublardan uzaqlaşdırmaqda əli olan, həmçinin AFFA-nın müxtəlif layihələrində rol almasını əngəlləyən Məmmədovu bağışlayıb və indi aralarında yaxın münasibət yaranıb.

Sabiq icraçı vitse-prezident onunla görüşür, tez-tez əlaqə saxlayır, müxtəlif məsələlər barədə məsləhətləşir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş