Laçınla bağlı daha bir ŞAD XƏBƏR VERİLDİ

4 İyun 07:20 Gündəm 242
Laçınla bağlı daha bir ŞAD XƏBƏR VERİLDİ

“Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir”.

bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

O söyləyib ki, ölkə rəhbərliyi tərəfindən bununla bağlı tapşırıq verilən kimi dərhal icra olunacaq.

Laçının Sus və Zabux kəndlərində aparılan tikinti-yenidənqurma işlərindən danışan R.Rzayev vurğulayıb ki, hazırda işlər sürətlə davam etdirilir: “Həmin kəndlərə qayıdışla bağlı tapşırıqların avqust ayında icra olunması planlaşdırılır”.

birinci mərhələdə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu