İndi dünyanın gözü orada: QƏLƏBƏ ANONSU verildi

28 Mart 2023 03:20 Gündəm 1 493
İndi dünyanın gözü orada: QƏLƏBƏ ANONSU verildi

Ukrayna prezidenti Vladimir Zelenski qələbə anonsu verib.

O bildirib ki, əgər Ukrayna ilə Avropa arasında əməkdaşlıqda gecikmə və ya durğunluq olmasa, birgə səylər Ukraynanın qələbəsinə yönələrsə, zəfər bu il olacaq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu musavat.com-a bildirib ki, Ukraynanın qələbə qazanması bəzi amillərdən asılıdır.

e9ff6279-b383-35fc-89d9-168c34b119d1.jpg (77 KB)

Politoloq vurğulayıb ki, birinci mərhələdə Rusiya ordusunun hücumları dayandırılmalıdır:

“İkinci mərhələdə Zelenskinin dediyi kimi, Avropa və Amerika vəd etdiyi hərbi texnikanı zamanında Ukraynaya çatdırmalıdır. Proses artıq başlayıb. Üçüncü mərhələdə isə yəqin ki, Ukrayna ordusu yay aylarına yaxın əks-həmlələr həyata keçirəcək. Necə ki, ötən ilin dekabrında Xersonun böyük hissəsi azad edildi. Ukraynanın ilin sonuna qədər ərazi bütövlüyünü təmin edəcəyini demək çətindir. Ancaq qeyd etdiyim amillər həyata keçirilsə, ilin sonuna qədər Ukrayna itirdiyi ərazilərin böyük hissəsini geri qaytara bilər”.

Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Baxmutda ilişib qalıb:

“Baxmut kiçik bir şəhərcikdir. Ukrayna ordusu sona qədər savaşır, bu şəhəri əldən vermir. Rusiyanın Baxmutda itkiləri artır. Lakin Ukrayna ordusunun Baxmutu azad edə biləcəyi barədə konkret danışmaq çətindir. Mariupol uğrunda da oxşar döyüşlər gedirdi, amma Rusiya oranı işğal etdi. Əsas odur ki, Ukrayna hər kiçik qəsəbə, şəhərcik uğrunda savaşır və Rusiyanın itkiləri artır. Əgər Ukraynaya kifayət qədər silah-sursat çatdırılsa, (Ukraynaya ən azı 700-800 tank lazımdır) Baxmut və digər şəhərləri geri qaytara bilər”.

f993a795-1f06-3a22-8f4c-c7d1a247b4ee_850.jpg (107 KB)

“Çin müharibəyə qoşula bilərmi?” sualına politoloq belə cavab verib:

“Çin Rusiyanın strateji tərəfdaşına çevrilib. Ona görə yox ki, Rusiya ilə Çinin maraqları üst-üstə düşür, sadəcə anti-Qərb siyasətinə görə bu ölkələr yaxınlaşıb. Ukrayna müharibəsi əslində Çinin maraqlarına cavab vermir, çünki əlavə problemlərlə üzləşir, iqtisadi çətinliklər yaşayır. Dəmir yolları ilə Rusiya üzərindən Avropaya yük daşıyırdı. Bu, indi mümkünsüzdür. Ona görə də Çin müharibənin dayandırılmasını istəyir, təkliflər verir. Amma məsələ orasındadır ki, Çinin təklifində Rusiya qoşunlarının Ukraynanı tərk etməsi ilə bağlı bənd yoxdur. Yaxud da Çin lideri Si Cinpin 2 gün Moskvada oldu, Kiyevə isə getmədi. Bu cür vasitəçini nə Ukrayna, nə də Qərb ölkələri qəbul edər. Çinin vasitəçi olmaq imkanı sıfıra bərabərdir. Çinin müharibəyə qoşulması riskə getmək olar. Çünki Qərblə daha çox üz-üzə qalacaq. Çin müharibənin bitməsini istəyir, amma Rusiyanı qınamır”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”