Tanınmış fransız Azərbaycan millisində çıxış edəcək? - RƏSMİ AÇIQLAMA

24 Yanvar 2023 21:00 Gündəm 3 729
Tanınmış fransız Azərbaycan millisində çıxış edəcək? - RƏSMİ AÇIQLAMA

Son illər “Qarabağ”ın legionerlərinin milliləşdirilməsi tez-tez müzakirə olunur.

Əbəs deyil ki, artıq iki “Qarabağ”lı ilə bağlı eyni addım atılıb.

Söhbət xorvatiyalı Filip Ozobiç və braziliyalı Riçard Almeydadan gedir.

Ozobiç 2021-ci ildən cəlb olunduğu Azərbaycan yığmasında 10 oyun keçirib və 1 qolla yadda qalıb.

Almeyda isə daha əvvəldən, 2017-ci ildən yığmamızın formasını geyinir. O, bu müddətdə 29 görüşdə meydana çıxıb və 3 qol vurmağı bacarıb.

Və onlara daha bir əcnəbi “Qarabağ”lı qoşula bilər.

Belə ki, iddialar var ki, AFFA “köhlən atlar”ın fransalı legioneri Abdullah Zubirlə danışıqlara start verib.

31 yaşlı vinger 2018-ci ilin yayından ölkəmizdə top qovur. Onun bu yay Azərbaycana pənah gətirməsinin 5 ili tamam olur.

Bunun fürsət bilən federasiya rəsmiləri əgər Zubir razılıq verərsə, onu da milliləşdirməyi düşünür.

Amma məsələ ilə bağlı saytımıza qısa açıqlama verən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Firuz Abdulla yayılan iddiaların həqiqət olmadığını bildirib:

“Hazırda bu barədə hər hansı məlumat yoxdur”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti