Azərbaycan üçüncü müharibəyə "yox" deyir, amma...

12 Yanvar 2023 02:30 Gündəm 440
Azərbaycan üçüncü müharibəyə "yox" deyir, amma...

2022-ci ilin 12-14 sentyabr hadisələrindən sonra ermənilərin başı bir daha əzildi.

Onlar bir daha əmin oldular ki, Azərbaycana qarşı hər hansı bir revanşda məhv ediləcəklər.

Ancaq bununla belə Ermənistanda bəziləri müharibə çağırışları edir. Son vaxtlar Xankəndidə peyda olmuş Ruben Vardanyan da israrla erməniləri mübarizəyə səsləyir.

Sanki o, rəsmi İrəvana tabe olmadan belə separatçılıqlarını davam etdirəcəklərinə dair sərsəm iddialarda bulunur. Əlbəttə, onu və dəstəsini xarixdən təlimatlandıranlar da var.

Azərbaycan isə birmənalı olaraq Qarabağ məsələsini bitmiş hesab edir və üçüncü müharibəyə yox deyir.

Prezident İlham Əliyev də bununla bağlı net danışıb. O deyib: “Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək”.

b13c9d13-d599-3df2-ad26-c5a52913cb24_850.jpg (118 KB)

Prezident qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra hər kəs bunu edir. Ordu quruculuğuna ümumiyyətlə fikir verməyən Avropanın ən böyük ölkələri indi ordularını yaradırlar. “İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik...

Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər...

Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik.

Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır".

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan da həm maraqlı, həm də ilk baxışda daxili auditoriyaya hesablanan, amma alt qatında hiylə də sezilən açıqlamalar verib.

O deyib ki, dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın. O, Qarabağ məsələsinin Ermənistana aid olmadığını, Xankəndi ilə Bakı arasında təmasın vacibliyini vuruğulayıb...

Baş nazir əlavə edib ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması barədə razılıq əldə olunub.

Hökumət başçısı onu da qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya düzəni uğrunda böyük mübarizə gedir: "Və bu yeni düzəndə biz Ermənistanı qurban verə bilmərik. Biz beynəlxalq ictimaiyyətə müharibə elan edirik? Bizim seçimimiz var: inkişafın məntiqinə inteqrasiya etmək və ya onun əleyhinə getmək. Biz sülh üçün seçim edirik".

Paşinyan bununla paralel Azərbaycana qarşı da cəfəng iddialar səsləndirib ki, guya Ermənistan ərazisini tutmuşuq, heç zaman onların ərazi bütövlüyünü tanımayacağıq.

Hər halda, elə Paşinyan bu açıqlamaları verdiyi gün Prezident Əliyev bütün incəliklərinə qədər sülhün şərtlərini açıqlayıb, müharibədən yayınmağın yolunu göstərib.

Ermənilər nəticə çıxaracaqmı? Üçüncü müharibəyə onları təhrik edə bilərlərmi? Bunda kim maraqlıdır?

azer-badamovjpg-1582118164.jpg (162 KB)

YAP-çı deputat Azər Badamov “Yeni Müsavat”a açıqlamasında Ermənistanda cərəyan edən proseslərin yaxından izlənildiyini qeyd etdi: “Azərbaycan 44 günlük Vətən müharibəsində işğala son qoydurmaqla ölkənin ərazi bütövlüyünü təmin edib. Həm də 44 günlük Vətən müharibəsində Müzəffər ordumuz Ermənistanın ətrafında məğlubedilməz mifini yaratdığı hərbi tör-töküntülərini məhv edib. Müharibənin bitməsindən keçən iki ildə Ermənistan ona dayaq verənlərə arxayınlaşaraq yarımçıq qalmış məsələlərin həll olunmasından qaçır və revanşist bəyanatlar səsləndirir. 12-14 sentyabrda Azərbaycan ordusu qısamüddətli hərbi əməliyyat keçirməklə düşmənə bir şapalaq vuraraq Dəmir yumruğun yerində olduğunu bir daha nümayiş etdirdi. Təbii ki, müharibənin bitməsindən keçən dövrdə ordumuzun döyüş qabiliyyəti kifayət qədər artırılıb. Belə ki, müharibə zamanı buraxılmış səhvlər üzərində işləmiş, yeni hərbi texnikalar alınaraq ordununun peşəkarlığı artırılıb. Həm də yeni KOMANDO hərbi birləşmələri yaradılmış XTQ və digər qoşun növlərinin sayını artırıb.

Azərbaycan bu gün Ermənistanda baş verən bütün prosesləri izləyir. O cümlədən, Qarabağda sülhməramlıların məsuliyyət zonasındakı separatçıların hərəkətləri də izlənilir. Xüsusi tapşırıqla Xankəndiyə gəlmiş Ruben Vardanyanın və digərlərinin revanşist çağırışları erməniləri pis duruma salır. Halbuki Azərbaycan yenidən müharibənin istəmədiyini bəyan edir və avantüradan uzaq durmaqa çalışır. Amma bununla yanaşı ölkəmizə hər hansı bir təhdid baş qaldırarsa təbii ki, onun harada yerləşməsindən asılı olmayaraq hərbi legitim hədəflər hesab olunaraq məhv ediləcək. Azərbaycanın mövqeyi ədalət və sülhə əsaslanıb. Əgər Ermənistan sülh müqaviləsi imzalamadan yaşamaq istəyirsə bu onların seçimi olacaq və belə bir vəziyyət ancaq onları məhvə aparacaq”.

4c1e42f287b832d9d6422d97210d3df3.jpg (122 KB)

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirdi ki, Paşinyan həm təzadlı, həm maraqlı, həm də düşündürücü açıqlamalar verib: “Sətiraltı onu demək olar ki, Paşinyan birmənalı olaraq, hər dəfə Ermənistan cəmiyyətinin nəzərinə çatdırmaq istəyir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, Qarabağın Ermənistana aidiyyatı yoxdur, bunu başa düşün. Sadəcə olaraq bunu sətiraltı, ehtiyatla deyir. Təbii ki, bununla daxili auditoriyanı da nəzərə alır. Müharibədən sonra Alma-Ata deklarasiyasından danışdı. Makronun da iştirakı ilə Praqada Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar. Məsələ artıq bitib. Qarabağla, statusla bağlı, eləcə də, kimsə hər hansı bir təkliflər irəli sürəcəksə, bunun Ermənistana heç bir aidiyyatı olmayacaq”,

Deputat üçüncü müharibənin birmənalı şəkildə olmayacağını düşünür: “Öncəliklə Ermənistan bu müharibəyə hazır deyil və onun üçün də üçüncü savaşın olmasını istəmir. Çünki bu müharibə olarsa, Ermənistan darmadağın olar. Cənab prezidentin də son müsahibəsindən bizə məlum oldu ki, Azərbaycan yeni-yeni silahlar alır. Komando hərbi hissələrimiz yaradılıb və yaradılmağa da davam edir. Xüsusi təyinatlılarımızın sayı bir neçə dəfə artırılıb. Azərbaycan yeni müasir silahlar istehsal edir və bir sıra şirkətlərlə də müasir silahlar almaq üçün apardığı danışıqlar son mərhələsinə yaxınlaşır. Bu isə o deməkdir ki, Azərbaycan nəinki üçüncü, dördüncü müharibəyə belə hazırdır. Ermənistan yaxşı başa düşür ki, dünya da Azərbaycanın ərazi bütövlüyünü tanıdığına, hal-hazırda dünyada düzən itdiyinə görə, bu gün kim-kimdirsə, kimin silahı güclüdürsə, dövlət olaraq, dünyada nüfuz sahiblərindən biridirsə, diktə edən tərəf, qalib odur. İndi də bu coğrafiyada yumruğu möhkəm olan, güclü silahlara sahib, şərtlər irəli sürən, qalib dövlət Azərbaycandır. Əgər Azərbaycan Ermənistanla yeni müharibəyə girməli olacaqsa, təbii ki, düşmən ölkə ərazilərini itirəcək. Bu da onlar üçün fəlakətlə nəticələnəcək. Günahkar da birbaşa Ermənistan olacaq. Hesab edirəm ki, Paşinyan hazırda Qarabağı düşünmür. Fikirləri sadəcə daxilə hesablanıb. Erməni baş nazirin əsas iddiası, istəyi ondan ibarətdir ki, hal-hazırkı Ermənistan ərazilərini Azərbaycan tanısın. Maraqlısı odur ki, bu gün o sərhədlər və ərazilər sovet dönəmində şərti olub. İndi bu ərazilər hansı xəritə ilə müəyyənləşdiriləcək, bu da məlum deyil. Ona görə cənab prezident qeyd edir ki, gəlib mənə göstərsinlər ki, sərhədləri haradan keçir. Biz deyirik ki, sərhədlərimiz buradan keçir, sən deki keçmir. Sadəcə söhbət etməkdən qaçırlar. Çünki tarix, xəritələr var. Bilirlər ki, o tarixlə, xəritələrlə işləsək, Ermənistanda çox az bir ərazi qalacaq. Bu baxımdan Ali Baş Komandanın dediyi bir fikir də çox maraqlı oldu. O da Qərbi Azərbaycana qayıdışla bağlı idi. O yerlərin tarixi yurdumuz olmasından söz açıldı. Bu istiqamətdə işlər də görülür. Qərbi Azərbaycan İcması yaradılıb. Paşinyanı narahat edən budur ki, Azərbaycan tarixi torpaqlarına vətəndaşlarını qaytarmaq istəyir. Erməni tərəfin qovduğu azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdır. Bu danışıqlar mövzusudur və Ermənistan bundan qaça bilməz. Onun üçün də məhz dediyim kimi, Paşinyan əldə qalan indiki əraziləri qorumağa can atır. Bu gün Ermənistanın revanşist qüvvələri üçüncü, dördüncü müharibədən danışır, qisasdan söz açırlar. Amma Ermənistanın bu gücü yoxdur. Sadəcə populizmlə məşğuldurlar. Paşinyan Azərbaycan tərəfin gücünü, beynəlxalq ictimaiyyətin kimin tərəfində olduğunu çox gözəl bilir. Bu baxımdan populizmə getmək istəmir. Ermənistan lokal bir savaşa belə hazır deyil. İstənilən halda yenə də məğlub olacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı