Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıracaq?

7 Dekabr 2022 02:00 Gündəm 185
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıracaq?

Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya Ralf Ranqniklə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssisin Almaniya millisində istefa verən menecer Oliver Birhoffu əvəzləmə ehtimalı var.

Ranqnikdən başqa Matias Zammer, Lotar Matteus və Fredi Bobiç də bu posta namizəddir.

Azərbaycan AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Canni De Byazinin baş məşqçi olduğu komanda oktyabrın 16-da, VI turda eyni yığma ilə Bakıda üz-üzə gələcək.

Ralf Ranqnik daha əvvəl Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti