"Qəbələ"nin legioneri də Messinin məğlubiyyətinə səssiz qalmadı - FOTO

23 Noyabr 2022 23:00 Gündəm 491
"Qəbələ"nin legioneri də Messinin məğlubiyyətinə səssiz qalmadı - FOTO

"DÇ-2022"nin üşüncü günü hamını şok edən nəticə reallaşdı.

Belə ki, C qrupunda qərarlaşan Argentina asan qələbə qazanacağı ehtimal olunduğu matçda Səudiyyə Ərəbistanına məğlub oldu - 1:2.

Messinin komandası ilk hissəni öndə bitirsə də fasilədən sonra buraxılan 2 qolla ərəblərə təslim oldu.

Futbol dünyasın silkələyən məğlubiyyətə sosial şəbəkələrin Azərbaycan seqmentində də minlərlə futbol adamı reaksiya verdi.

Onların arasında "Qəbələ"nin braziliyalı legioneri Felipe Santos da olub.

"Qırmızı qaralar"ın forvardı öz instaqram hesabından Messinin fotosunu paylaşaraq gülüş işarəsi qoyub.

Görünür, bununla braziliyalı legioner əzəli rəqiblərinin məğlubiyyətini məsxərəyə qoymağı hədəfləyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!