"Bu qədər futbolçu problemdir, klub prezidentindən xahiş etmişəm ki…"

22 Sentyabr 2022 13:20 Gündəm 661
"Bu qədər futbolçu problemdir, klub prezidentindən xahiş etmişəm ki…"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u bir neçə futbolçusunu əsas komandadan kənarlaşdıracaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin yeni baş məşqçisi Miçel Qonsales mətbuat konfransında bildirib.

59 yaşlı mütəxəssis çox oyunçuya sahib olmağın komandaya mənfi təsir etdiyini söyləyib:

"Bu qədər futbolçu baş məşqçi və oyunçular üçün də problemdir. Klub prezidentindən xahiş etmişəm. Qapıçılar istisna 24-dən çox futbolçunun məşqlərdə olmasını istəmirəm".

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. Yunanıstan çempionu qrup matçları üçün 31 oyunçu sifariş edib.

Digər Xəbərlər
Xəbər Lenti