“Bakı və İrəvan bəzi məsələlərdə mövqelərini yaxınlaşdırıb” - Paşinyanın müavini

29 İyun 2022 02:10 Gündəm 1 223
“Bakı və İrəvan bəzi məsələlərdə mövqelərini yaxınlaşdırıb” - Paşinyanın müavini

“Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə regional kommunikasiyaların bərpası üzrə İşçi Qrupu bir çox məsələlərdə, xüsusən də sərhəd və gömrük nəzarəti ilə bağlı Bakı və İrəvanın mövqelərini yaxınlaşdıra bilib”.

Bu sözləri Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, şübhəsiz ki, çətin işdir. Lakin qeyd etməliyəm ki, tərəflər bir çox, sərhəd və gömrük nəzarəti, eləcə də Azərbaycan və Ermənistan ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra biliblər”, - deyə o bildirib.

Xatırladaq ki, iyunun 4-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin sədrliyi ilə regionda nəqliyyat kommunikasiyalarının bərpası üzrə Üçtərəfli İşçi Qrupun iclası keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var