Ruslar Ukraynadakı əməliyyatın nə qədər davam edəcəyini açıqladı

24 May 2022 15:50 Gündəm 813
Ruslar Ukraynadakı əməliyyatın nə qədər davam edəcəyini açıqladı

“Rusiya bütün tapşırıqların tam olaraq yerinə yetirilməsinə qədər Ukraynadakı hərbi əməliyyatı davam etdirəcək”.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

“Qərbin Kiyev rejiminə genişmiqyaslı köməyinə və Rusiyaya qarşı sanksiya təzyiqinə baxmayaraq, xüsusi hərbi əməliyyatı bütün tapşırıqların tam olaraq yerinə yetirilməsinə qədər davam etdirəcəyik”, - deyə Şoyqu söyləyib.

O, həmçinin qeyd edib ki, sakinlərin yaşayış məskənlərindən çıxarılması üçün sükut rejimi elan edilir və humanitar dəhlizlər yaradılır: “Bu isə hücumun sürətini azaldır”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!