ŞOK AÇIQLAMA: "Mənsimovun bizə yaratdığı problemləri ona söyləmişəm"

16 May 2022 16:00 Gündəm 1 245
ŞOK AÇIQLAMA: "Mənsimovun bizə yaratdığı problemləri ona söyləmişəm"

«Baza və stadion ilə bağlı problem yaşamayacağıq. Lazım olsa, Lənkəranda yeni stadion və baza tikə blərik».

«Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov Sportinfo.az-a açıqlamasında belə deyib.

Müxtəlif ölkələrdə şirkətləri olan gənc biznesmen üzləşdikləri problemlərdən biri haqda danışıb

. O, «Xəzər Lənkəran»ın prezidenti Mais Mənsimovun «Xan Lənkəran»ın qarşıya qoyduğu planların gerçəkləşməsinə maneə yaratdığını bildirib:

«Mən görürəm ki, bütün futbolsevərlər «Xəzər Lənkəran»ın adını daşıyan stadiona öyrəşib. Bu stadion şəhərin mərkəzinə yaxındır, əlverişli yerdədir.

Lənkəranın hər yerindən ora tez çatmaq olur. Olimpiya Kompleksi isə şəhərdən bir qədər kənarda yerləşir və belə demək olarsa, sıravi azarkeşlər üçün uzaqdır.

Gəlin, sadə adamların vəziyyətini də nəzərə alaq. Hər kəsin imkanı çatmır ki, taksiyə bir neçə manat verib oradakı stadiona gəlsin.

Yenə deyirəm, mənim Türkiyəyə yollanıb Mübariz Mənsimovla görüşməkdə məqsədim yalnız «Xəzər Lənkəran» stadionunda qarşılaşdığımız problemlə bağlı olub.

Bu klubun prezidenti Mais Mənsimovun bizə yaratdığı problemləri ona söyləmişəm. Mən o stadionda elə hadisələrin şahidi olmuşam ki…

Desəm, siz də şoka düşəcəksiz. Əgər stadionun təmirinə vəsait sərf edirəmsə, bilməliyəm ki, bir müddət sonra klubumuzu oradan çıxarmayacaqlar.

Biz Mais Mənsimsovla burada icarə müqaviləsi bağlamaq istəyirdik, əvvəl söz verdi, sonra isə bundan yayındı.

Mən də məcbur qalıb getdim, Mübariz Mənsimovla problemin məğzi barədə danışdım. Onunla klubun məqsədləri barədə danışanda, məlum oldu ki, «Xan Lənkəran»dan xəbərdardır.

Dedi ki, Region Liqasında çıxış etdiyinizi bilirəm. Mənə öz köməkliyini təklif elədi, bildirdim ki, klubumuzun hər cür təminatı var, heç nədən korluq çəkmirik.

Orada qeyd etdim ki, bu stadionun tikilməsinə 18 milyon manatdan çox pul xərcələməyinizdən xəbərdaram, indi isə ora baxımsız vəziyyətdədir, təmirə ehtiyac var və mən bu işi görmək istəyirəm.

Sadəcə, dedim ki, bunun üçün mənə zəmanət lazımdır. Yəni 2-3 ildən sonra gəlib kimsə bizə deməsin ki, buradan çıxın.

Heç olmasa, 5-10 illik zəmanət istədim, o da razılaşdı. Azərbaycana qayıdandan sonra stadionun sənədləri ilə bağlı araşdırma getdi və məlum oldu ki, bəzi problemlər var.

Bu da əsasən Mais Mənsmovdan qaynaqlanır. Düzdür, stadiondan istifadə edirik və artıq buna görə icarəhaqqı ödəmirik, ancaq planlaşdırdığımız işlərin görülməsi üçün rəsmi sənədləşmədə problem yaşayırıq.

Oradav təmir işlərinin aparılmasına minimum 500 min manat lazımdır. Bizimlə rəsmi müqavilə bağlanarsa, bu pulu ödəməyə və stadionu ondan da yüksək səviyyədə təmir etdirməyə hazıram.

«Xəzər Lənkəran»ın prezidenti nə edibsə, bizimlə müqavilə bağlamamaq üçün indi üzə çıxmır».

Digər Xəbərlər
Xəbər Lenti