"Bazel" 3:1-lə "Qarabağ"ın qrupunda lider oldu - Konfrans Liqasında NƏTİCƏLƏR

22 Oktyabr 2021 01:00 Gündəm 1 303
"Bazel" 3:1-lə "Qarabağ"ın qrupunda lider oldu - Konfrans Liqasında NƏTİCƏLƏR

Konfrans Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın yer aldığı H qrupunun digər oyununda "Bazel" İsveçrədə Kipr "Omoniya"sını sınağa çəkib.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qalibiyyətdən sonra xallarını 7-yə çatdıran "Bazel" ilk pilləyə yüksəlib. "Qarabağ"la eyni xala malik komanda yalnız topların nisbətinə görə Ağdam təmsilçisini qabaqlayır. "Omoniya" isə 1 xalla sonuncu sırada qalıb.

A qrupu

18:30. HİK (Finlandiya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 0:5

20:45. "Alaşkert" (Ermənistan) - LASK (Avstriya) - 0:3

Xal durumu: "Makkabi" - 7, LASK - 7, HİK - 3, "Alaşkert" - 0.

B qrupu

20:45. "Anortosis" (Kipr) - "Flora" (Estoniya) - 2:2

23:00. "Partizan" (Serbiya) - "Gent" (Belçika) - 0:1

Xal durumu: "Partizan" - 9, "Gent" - 6, "Flora" - 1, "Anortosis" - 1.

C qrupu

20:45. "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya) - 6:1

23:00. "MOİK-Sofiya" (Bolqarıstan) - "Zarya" (Luqansk, Ukrayna) - 0:1

Xal durumu: "Budyo Qlimt" - 7, "Roma" - 6, "Zarya" - 3, "MOİK-Sofiya" - 1.

D qrupu

23:00. ÇFR (Kluj, Rumıniya) - AZ (Niderland) - 0:1

23:00. "Yablonets" (Çexiya) - "Randers" (Danimarka) - 2:2

Xal durumu: AZ - 7, "Yablonets" - 4, "Randers" - 3, ÇFR - 1.

E qrupu

20:45. "Feyenoord" (Niderland) - "Union Berlin" (Almaniya) - 3:1

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Slaviya" (Praqa, Çexiya) - 1:0

Xal durumu: "Feyenoord" - 7,"Makkabi" - 4, "Slaviya" - 3, "Union Berlin" - 3.

F qrupu

20:45. "Kopenhagen" (Danimarka) - PAOK (Yunanıstan) - 1:2

23:00. "Slovan" (Bratislava, Slovakiya) - "Linkoln" (Cəbəllütariq) - 2:0

Xal durumu:PAOK - 7, "Kopenhagen" - 6, "Slovan" - 4, "Linkoln" - 0.

G qrupu

20:45. "Vitess" (Niderland) - "Tottenhem" (İngiltərə) - 1:0

20:45. "Mura" (Sloveniya) - "Renn" (Fransa) - 1:2

Xal durumu: "Renn" - 7, "Vitess" - 6, "Tottenhem" - 4, "Mura" - 0.

H qrupu

20:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Kayrat" (Qazaxıstan) - 2:1

23:00. "Bazel" (İsveçrə) - "Omoniya" (Kipr) - 3:1

Xal durumu: "Bazel" - 7, "Qarabağ" - 7, "Omoniya" - 1, "Kayrat" - 1.

20:21

Digər Xəbərlər
Xəbər Lenti