Mahirlə bağlı ŞAD XƏBƏR GƏLDİ - EKSKLÜZİV

13 Oktyabr 2021 09:20 Gündəm 1 762
Mahirlə bağlı ŞAD XƏBƏR GƏLDİ - EKSKLÜZİV

Serbiya – Azərbaycan (3:1) qarşılaşmasından bir gün əvvəl Mahir Emrelinin koronavirus testinin pozitiv sonuclanması böyük rezonans doğurdu.

Oyunda iştirak etməyəcəyi dəqiqləşən milli üzvü ilə bağlı əsas narahatlıq onun “Legiya”dakı gələcəyi idi.

Emreli ilə bağlı durum ürəkaçandır. 24 yaşlı futbolçunun verdiyi sonuncu testin cavabı neqativ çıxıb. Belədə, Mahir Belqraddakı oyunu tribunadan izləyib.

Artıq onun Polşaya yollanmasında da problem yoxdur. Yığma üzvləri Bakıya qayıtsa da, Emreli Belqraddan birbaşa Varşavaya uçacaq.

Bu isə o deməkdir ki, həftəsonu Polşa çempionatında keçiriləcək “Lex” – “Legiya” oyununda iştirak etmək şansı yüksəkdir.

Matçdan əvvəl test verəcək, cavab yenə neqativ çıxsa, oynamasında problem olmayacaq. Həmçinin oktyabrın 21-də Avroliqanın qrup mərhələsi çərçivəsində “Napoli” ilə səfər görüşündə...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"