Bu gecə Belqradda qolu kim(lər) vuracaq? – Ümidləndirici nüans tapıldı

12 Oktyabr 2021 21:20 Gündəm 958
Bu gecə Belqradda qolu kim(lər) vuracaq? – Ümidləndirici nüans tapıldı

Bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Belqradda üz-üzə gələcək Serbiya və Azərbaycan milliləri tanış rəqiblərdir.

Bu iki yığma 2003-cü ildə, yəni AÇ-2004-ün seçmə mərhələsindən bu yana 5 dəfə üzləşiblər.

Bu oyunlarda 1 qələbə qazanan bizimkilər 1 dəfə heç-heçəyə nail olub.

Digər 3 halda məğlubiyyət acısı yaşanıb. Sadəcə, uğura sevindiyimiz dönəmlərdə Serbiya Monteneqrodan ayrılmamışdı.

Keçmişə qısa “səyahət” edək.

AÇ-2004
12.02.2003 Podqoritsa Serbiya və Monteneqro – Azərbaycan 2:2
11.06.2003 Bakı Azərbaycan – Serbiya və Monteneqro 2:1

AÇ-2008
02.09.2006 Belqrad Serbiya – Azərbaycan 1:0
17.10.2007 Bakı Azərbaycan – Serbiya 1:6

DÇ-2022
30.03.2021 Bakı Azərbaycan – Serbiya 1:2

Göründüyü kimi, millimiz bu rəqiblə 5 oyunda 6 qol vurmağa nail olub. Bu qədər görüşün yalnız birində fərqlənmək mümkün olmayıb.

Statistikanın inandırmaq “bacarığı” bu axşam bizimkilərin “Rayko Mitiç”də qol vuracağını deyir. Qalır əsas suala cavab tapmaq: qolu və ya qolları kim vuracaq?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti