"Biz gələcəyin komandasını qurmaq istəyirik"

12 Oktyabr 2021 22:10 Gündəm 802
"Biz gələcəyin komandasını qurmaq istəyirik"

“Mümkün qədər səhvləri düzəltməyə, şans yaratmağa və mümkünsə qələbə qazanmağa çalışacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə keçiriləcək səfər oyunu barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis güclü qrupda yer aldıqlarını vurğulayıb: “Hamı qələbə arzuladığı üçün təzyiq həmişə olur. Qrupumuzda beşinci olduğumuzu bilirik.

Biz gələcəyin komandasını qurmaq istəyirik. Güclü komandalarla oynadığınız zaman az qol vuracağınız və çox top buraxma ehtimalınızın olduğu məlumdur.

Qrupumuzun nə qədər güclü olduğunu bilirik. Digər yığmaların hamısı bizdən təcrübəlidir. Əlbəttə, oyunçu sayı məhduddur.

Ancaq assosiasiya təməl sayılan futbol məktəblərindən başlayaraq çoxsaylı layihələr üzərində işləyir”.

Bu gün Belqradda keçiriləcək Serbiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0