Fransalı keçmiş ulduz “Neftçi”yə işarə vurub, mesaj verdi

21 İyul 2021 21:20 Gündəm 1 473
Fransalı keçmiş ulduz “Neftçi”yə işarə vurub, mesaj verdi

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu bəzi məşhur simaların da diqqət mərkəzindədir.

Sportinfo.az xəbər verir ki, onlardan biri də dünya və Avropa çempionu Kristian Karambödür.

2001-2004-cü illərdə Pirey təmsilçisinin formasını geyinmiş fransalı sabiq yarımmüdafiəçi qarşılaşma ilə bağlı sosial şəbəkədə paylaşım edib.

“Olimpiakos”un strateji məsləhətçisi kimi çalışan 51 yaşlı mütəxəssis klubun emblemini paylaşaraq “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” yazıb və “Neftçi” ilə görüş öncəsi dəstəyini nümayiş etdirib.

Bu gün Pireydə keçiriləcək “Olimpiakos” - “Neftçi” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra “Bakcell Arena”da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti