COP29

Biri darmadağına sevindi, digəri üzüldü - Konfrans Liqasında

21 İyul 2021 01:38 Gündəm 1 447
Biri darmadağına sevindi, digəri üzüldü - Konfrans Liqasında

Konfrans Liqasında 2-ci mərhələyə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Bu oyunlardan ikisində darmadağın qeydə alınıbsa, bir matçda qalib müəyyənləşməyib.

Azərbaycanı bu yarışda təmsil edəcək “Qarabağ”, “Sumqayıt” və “Keşlə” də məhz bu mərhələdən mübarizəyə qoşulacaq.

İyulun 21-də keçiriləcək yeganə oyun məhz “Sumqayıt”la Serbiya “Çukariçki”si arasında baş tutacaq. Qalan qarşılaşmalar isə bir gün sonra keçiriləcək.

“Qarabağ” doğma meydanda İsrail “Aşdod”unu qəbul edəcəksə, “Keşlə” səfərdə Rusiya “Soçi”si ilə üz-üzə gələcək.

Konfrans Liqasında 2-ci mərhələnin cavab matçları iyulun 27-də və 29-da keçiriləcək.

Domjale (Sloveniya) – Honka (Finlandiya) 1:1

Kauno Jalgiris (Litva) – TNS (Uels) 0:5

Priştina (Kosovo) – Konnah (Uels) 4:1

Folqore (San Marino) – Hibernians (Malta) 1:3

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!