“Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”

17 May 16:30 Gündəm 742
“Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”

Ermənistan mətbuatı Qaragöl hadisələrinə görə su hövzəsi ətrafındakı kəndlərə xüsusi diqqət ayırmağa başlayıb.

Yaşayış məntəqələrindən hər gün xeyli reportaj hazırlanır. Daha çox icma rəhbərlərinin fikri öyrənilir. Hərdən kənd sakinlərinə də söz verilir.

Yerli mətbuat hadisəni Azərbaycan tərəfinin Ermənistanın ərazi bütövlüyünü pozması kimi qiymətləndirsə də, reallıqda Azərbaycan onilliklər boyunca pozaulmuş dövlət sərhədlərini bərpa etməklə məşğuldur.

Sportinfo.az xəbər verir ki, bu günlərdə azərbaycanlı hərbçilərin Verişen kəndindən olan çobanla üzləşdiyi barədə məlumat yayılmışdı.

Kəndin icra orqanları bizimkilərin ona heyvanlarını götürürək uzaqlaşmağı məsləhət gördüklərini iddia edirdilər. Ermənistan mətbuatında bununla bağlı yazı yer alıb.

Burada bizim hərbçilərin çobana azərbaycanca salam verdiyi yazılıb. Maraqlıdır ki, yazıda azərbaycanlılarla üz-üzə gəlmiş Vaçaqan Arstamyanın mövqeyinə yer verilməyib. Jurnalistlərlə onun həyat yoldaşı Silva Arstamyan danışıb.

“Azərbaycanlılar onu sərt şəkildə yanına şağırıb. Vaçaqan yerində donaraq qalıb. Bilməyib ki, necə davransın. Sonra hərbçilərdən biri əli ilə göstərib ki, tez çıxıb getsin. O, dağdan enən kimi kənd camaatına zəng vurub. Sonra lazımi orqanlara məlumat verilib”.

Qadın deyib ki, əri hələ də dağlardadır, bütün bunları isə ona telefonla danışıb. Silvanın sözlərinə görə, Vaçaqanın başqa yolu yoxdur, çünki ən uyğun örüş yerləri oralardır. Verişen kənd sakini həm Ermənistan, həm də Azərbaycan hərbçilərini gördüklərini bildirib.

“İndi onlar yüksəkdə dayanıb, biz isə aşağıda. Onlar silahlıdır. Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxa biliblər. Yəqin ki, hər şeyi əvvəldən planlaşdırıblar, gölü gecə əhatəyə alıblar”.

Arman Tatoyan Arman Tatoyan

Azərbaycanlı hərbçilərin Akner kəndinin yaxınlığında da göründüyü barədə məlumat verilir. Ermənistanın ombudsmanı Arman Tatoyan hər iki kəndin sakinləriylə görüşüb. Sakinlər daha çox örüş yerlərini itirmək istəmədiklərini qabardıblar. Amma iş orasındadır ki, əsas otlaqlar Qaragöl ərazisinə düşür. Yəni sərhədlərin demarkasiyası örüş yerləriylə bağlı vəziyyəti dəyişir.

Verişen və Akner kəndinin sakinləri sosial problemləri də səsləndirib. Onlar çox pis dolandıqlarını deyib. Sakinlərin yeganə qazanc mənbəyi heyvandarlıqdır.

Xəbər Lenti
23 İyun 13:40 Kapitan 1 il də qaldı