Bayram tətilində heç bir məhdudiyyət olmayacaq - RƏSMİ

6 May 2021 12:50 Gündəm 1 481
Bayram tətilində heç bir məhdudiyyət olmayacaq - RƏSMİ

"Qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq".

Sportinfo.az xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, yalnız ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq: "Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıdır".

Ramazan bayramı günlərində ictimai nəqliyyat işləməyəcək. Nazirlər Kabinetinin qərarı ilə 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu