Putin və Makrondan Qarabağla bağlı konkret təşəbbüs

5 May 2021 12:30 Gündəm 1 075
Putin və Makrondan Qarabağla bağlı konkret təşəbbüs

“Rusiya Prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər”.

Sportinfo.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib.

O, aprelin 26-da E.Makron ilə V.Putin arasında telefon danışığının baş tutduğunu xatırladıb.

Diplomatın sözlərinə görə, Fransa prezidenti hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb.

“Prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”, – o deyib.

Səfir vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı