UEFA-nın tələbi ilə razılaşdı

23 Aprel 2021 14:00 Gündəm 626
UEFA-nın tələbi ilə razılaşdı

Bavariya vilayətinin rəhbərliyi Münhendə Avropa çempionatının 1/4 final oyunu üçün azarkeşlərin mininal sayının artırılmasına razılıq verib.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

UEFA rəhbərliyi 1/4 final matçını Münhendən digər şəhərə keçirmək istəyib. Buna səbəb azarkeşlərin minimal sayının icazə verilənə uyğun gəlməməsi idi. Lakin Bavariya rəhbərliyi bu rəqəmi lazımi 14 min 500 azarkeşə çatdırmağa razılaşıb.

Münhendə AVRO-2020-nin F qrupunun oyunları ilə yanaşı, 1/4 final qarşılaşması da keçirilməlidir.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir.

Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti