Azərbaycanda daha 2197 nəfər koronavirusa yoluxdu, 34 nəfər vəfat etdi

20 Aprel 16:50 Gündəm 286
Azərbaycanda daha 2197 nəfər koronavirusa yoluxdu, 34 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sportinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4 203 nəfər vəfat edib. 32 170 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.

Xəbər Lenti