İlham Əliyevin böyük Azərbaycan planı - Rusiya ilə anlaşmada başqa nələr var...

19 Aprel 2021 09:30 Gündəm 1 775
İlham Əliyevin böyük Azərbaycan planı - Rusiya ilə anlaşmada başqa nələr var...

Azərbaycanlıların milli hədəfi öncə hansı olmalıdır? Güneylə Quzeyin birləşməsi, yoxsa əvvəl Quzey Azərbaycanın ərazi bütövlüyünün bərpası?

Dövlətin, Prezidentin tutduğu xəttə baxdıqda ikincinin daha aktual olduğu görünür.

Doğrusu da budur. Biz Güney sevdamızdan əl çəkmirik. Bu bizim qan yaddaşımızdır, halal haqqımızdır. Hüquqi baxımdan da bu iddiada haqlıyıq. 150 illik müddət çoxdan bitib. Fəqət reallığa və imkanlara baxılmalıdır.

İlham Əliyevin başlatdığı xətt bəllidir - Azərbaycanın tarixi ərazilərinin bərpası. Vətən Müharibəsi nəticəsində işğaldakı torpaqların əhəmiyyətli hissəsi azad edildi və prezident növbəti milli hədəfləri göstərdi: İrəvan, Göyçə, Zəngəzur. Yəni Vətən davası bitməyib. Davam edir. İlham Əliyev bu xətti 10 dekabr Qələbə Paradında açıq dedi. Bu gün də deyir və bu hədəfə çatmağın siyasi, iqtisadi, geopolitik yolunu detallı şəkildə anladır. Prezidentin ADA Universitetindəki tədbirdə çıxışında bu mövzuya geniş toxunması yəqin oxucuya tanışdır.

Zəngəzuru ermənilərə kimlər və necə bağışladı? - 98 İLLİK TARİX

Xankəndi, Xocalı, Ağdərə və s. haqda deyil, Zəngəzur, İrəvan, Göyçə barədə daha çox danışır Prezident İlham Əliyev. Xalqı bu hədəfə səfərbər edir, motivə edir, inandırır. Açığı, Xankəndi, Xocalı həll edilmiş məsələlərdir. Ən böyük və çox çətin hədəfimiz olan Şuşanı azad etmişiksə, böyük bir ərazidə bayrağımızı yenidən dikəltmişiksə, kimsə Azərbaycanın iradəsinə qarşı çıxıb, ona Xankəndi maneəsi yarada bilməz! Bu iş yarımçıq qalmayacaq, qala bilməz.

İctimai rəydə Rusiyanın digər ərazilərimizin bizə qayıtmasına mane olacağı haqda dolaşan tezisləri ciddi qəbul etmirəm. İlk gündəki mövqeyimdə qalıram. Rusiya Azərbaycanın böyüməsi, bütövləşməsi və öz ərazilərini bərpa etməsi prosesinə mane olmayacaq. Bu, bir anlaşmadır, o anlaşmaya Putin sadiqdir. Həm də V.Putin və ölkəsi üçün beynəlxalq şərtlər həddən artıq ağırlaşıb. Manevr imkanları azalıb. ABŞ-dan çox ciddi təzyiq almaqdadır.

Russo-Ukrainian War: Putin must be held accountable - Atlantic Council

"Şimal axını" layihəsi təhlükədədir. Qərb Rusiyanı zorla Ukrayna ilə savaşa sürükləyir. Bu cür əlverişsiz şərtlər altında, dalana dirənmiş vəziyyətdə Türkiyə ilə, Azərbaycanla münasibətləri zədələməz. Putin Rusiyanı və özünü xilas etmək üçün Ermənistanı Azərbaycanın ayaqları altına atıb. Bugün "İsgəndər" davası, sülhməramlı mübahisəsi sadəcə üzdə olandır. Arxa planda daha dərin və ciddi siyasət yürüdülür. Bu siyasət nəinki Azərbaycanın və Türkiyənin, həm də Rusiyanın xeyirinədir.

Azərbaycan və Türkiyə bayraqları altından keçən ermənilər – FOTO –  Qaraqoyunlu

Rusiya "Qərb cəbhəsində" itirdiyi mövqeyi, gücü, üzləşdiyi uğursuzluğu Qafqazlarda və "Şərq cəbhəsində" bərpa etmək üçün heyrətamiz və ağıllı addımlar atmaqdadır. Rusiyanın mövqeyinin Ermənistandan yana olduğunu göstərmək Azərbaycana da, Rusiyaya da sərf edir. Bununla xristian dünyasındakı antimüsəlman, antitürk güclər neytrallaşdırılır. Qarabağa Rusiya sülhməramlıları öncə girdi, üstündən təxminən 3 ay keçəndən sonra Türkiyə hərbçiləri Monitorinq Mərkəzində məskunlaşdı. Hazırda Rusiya və Türkiyə hərbi kontingenti bərabər şəkildə Qarabağda sülh prosesini müşahidə etməkdədir.

Qarabağda Birgə Monitorinq Mərkəzinin açılışı olub

Ölkəmizin bu böyük və uğurlu planına mane olmaq istəyən güclər var. Onların buradakı şəbəkəsi Azərbaycanın xeyirinə dönən çarxa çomaq soxmaqdadırlar. Lakin bu çarx o qədər böyük və qüdrətlidir ki, bu çomaqlar onu dayandıra bilməz. Buna baxmayaraq, dövlət və millət olaraq ehtiyatı əldən verməməliyik. Yadlara şorba qızdıran, yaxın-uzaq paytaxtlardan gələn tapşırıqlara, direktivlərə hər zaman hazır olanların fitnəsinə uymaq, onların saxta vətənpərvərlik çağırışlarına inanmaq olmaz.

Official web-site of President of Azerbaijan Republic - NEWS

İnandığımız bir həqiqət var: Azərbaycanın ərazi bütövlüyü. Bu uğurda hər fədakarlığa hazır olmalıyıq. Bu prosesi aparan liderə - Azərbaycan Prezidenti İlham Əliyevə dəstək verməliyik. Çünki bu bir davadır - Vətən, Millət və Haqq davası.

İlham Əliyevin böyük və qüdrətli Azərbaycan planı növbəti fazaya keçib. Tarixi torpaqların müharibəsiz, qansız Azərbaycana qaytarılması. Ağdam kimi, Kəlbəcər kimi, Laçın kimi. Bu nümunələri yaradan və reallaşmasına nail olan bir dövlət başçısının Zəngəzur, Göyçə, İrəvan ideyasını gündəmə gətirməsi sizcə, təsadüfdürmü? Bu ideyanın reallaşması Azərbaycanı bütövlüyə, İlham Əliyevi milli liderliyə aparan etibarlı və alternativi olmayan yoldur!



Azər AYXAN

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu