Ermənistan rəhbərliyindən növbəti həyasızlıq: Bakının təklifinə təxribatla cavab verdi

19 Aprel 2021 02:52 Gündəm 1 764
Ermənistan rəhbərliyindən növbəti həyasızlıq: Bakının təklifinə təxribatla cavab verdi

Ermənistan dünyada bəlkə də, yeganə, “dövlətdir” ki, onun konstitusiyasında qonşu ölkəyə - Türkiyəyə ərazi iddiası əksini tapıb.

Özü də əsassız bir iddia.

Gözləmək olardı ki, 44 günlük müharibədə Azərbaycandan sarsıdıcı dərs alan, işğalçı ordusu darmadağın edilən təcavüzkar ölkənin rəhbərliyi, bütövlükdə onun siyasi elitası, nəhayət ki, başına gələnlərdən nəticə çıxaracaq, haqq yolunu, qonşularla normal ünsiyyət yolunu tutacaq. Əfsuslar olsun ki, bu olmadı.

Bəzi xırda müsbət epizodlar istisna olmaqla, Ermənistan cəmiyyəti günü bu gün də köhnə, başından yekə iddialar və miflərlə yaşamağa, idarə olunmağa davam edir. Qonşu Azərbaycana və Türkiyəyə qarşı absurd iddia və tələblər öz yerində qalır. Sanki müharibəni uduzan və rəzil duruma düşən, uçurumun bir addımlığına gələn tərəf Ermənistan deyil. Xaricdəki havadarlarına güvənən bu “izqoy” (“tullantı”) ölkə getdikcə özünü daha sırtıq şəkildə, az qala, qalib ədası ilə aparır. Bu da yeni isti fakt.

TRTAJANS - Ermənistan Prezidentinin Gürcüstana səfərində qalmaqallı hərəkəti

Gürcüstana rəsmi səfərdə olan Ermənistan prezidenti Armen Sərkisyan, sən demə, Tiflisdə ənənəvi erməni xislətinə sadiq qalaraq növbəti həyasızlığa imza atıbmış. Prezident Salome Zurabişvilinin iqamətgahında qonaqlar üçün nəzərdə tutulan kitabda öz yazı-qeydinin altında o, imzasını atmaqla yanaşı, imzasının yanında Türkiyədə yerləşən Ağrıdağın konturlarını çəkib. Beləcə, əhalisi acından ölən, miskin və cırtdan Ermənistan həm də rəsmi səviyyədə regional supergüc, NATO-da ABŞ-dan sonra ikinci güclü orduya sahib Türkiyəyə qarşı ərazi iddiasını növbəti dəfə büruzə vermiş olub.

Erməni abırsızlığı gerçəkdən də sərhəd tanımırmış. Sonra da Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşa bilməməsindən gileylənir, Ankara ilə barışıqdan dəm vururlar. Gedin siz öncə öz konstitusiyanızı dəyişin, beynəlxalq hüquqa sayğılı olmağı öyrənin, sonra normal dövlətlərarası münasibətlərdən danışarsıznız. Bu yerdə xatırladaq ki, Ermənistan Gürcüstana qarşı da ərazi iddiasını gizlətmir, erməni azlığının kompakt şəkildə yaşadığı separatçı Cavaxetiya bölgəsini vaxtaşırı qarışdırmağa çalışır.

*****

Ermənilərin qəhrəmanı Njde homoseksual olub - FOTOFAKT | KONKRET

Təkcə konstitusiya məsələsi də deyil. Ötən sayımızda qeyd elədiyimiz kimi, Ermənistandakı partiyaların mütləq əksəriyyətinin nizamnamələrində qeyd olunur ki, onların əsas məqsədi ölkənin ərazilərini genişləndirmək və ya “Böyük Ermənistan” yaratmaqdır. Hətta bu yolda Azərbaycan və Türkiyəyə qarşı terror aktları törətməyin mümkünlüyü qeyd olunur. İrəvanın mərkəzində faşist əlaltısı, dinc azərbaycanlı-türk əhaliyə qarşı saysız qətliamlara imza atmış, “Sonuncu türk kar, kor, lal da olsa, öldürülməlidir” irqçi şüarının müəllifi, hərbi cani Qaregin Njdenin 6 metrlik abidəsinin ucaldılması və milli pərəstış məkanına çevrilməsi özlüyündə hər şeyi deyir.

Beləliklə, Azərbaycan və Türkiyə faşizm sevdalısı olan bir toplumla, rasizmi, ksenofobiyanı, terrorçuluğu dövlət səviyyəsində təbliğ edən bir monoetnik, anormal bir ölkənin qonşuluğunda yaşamaq zorundadır. Əgər bu ölkə və onu cəmiyyəti Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtinanı olmayan ağıllarının ucundan belə keçirmirsə, hansı uzunmüddətli sülh anlaşmasından danışmaq olar, görəsən?

Paşinyan canlı yayında itiraf etti: Çok fazla zayiatımız var... - DÜNYA  Haberleri

Guya bunların ən mötədil siyasətçisi, ən ağıllısı Nikol Paşinyandır, o da 2-ci Qarabağ savaşında başı daşdan-daşa dəydikdən sonra yumşalası oldu. Amma görün iki gün öncə o, parlamentdəki çıxışı zamanı nə deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yaxın gələcəkdə ən vacib vəzifəmizdir. Ən mühümü Qarabağ münaqişəsinin nizamlanmasıdır. Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin işğaldan azad edilməsi məsələsini (?! - red.) qaldırmalıyıq”.

Azərbaycan öz ərazisini - keçmiş DQMV-ni, Şuşanı işğal edibmiş. Yəni yenə hikkəli davranış, reallıqla uzlaşmayan fantastik arzular-niyyətlər...

*****

“Ermənistan indi elə vəziyyətdə deyil ki, Azərbaycana qarşı aqressiv olmağı özünə rəva görsün. Onlar müharibə vaxtı nə baş verdiyini unutmamalıdırlar”.

Sitat Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışındandır.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni  baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda  iştirak edib

Prezident bu xüsusda həmçinin demişdi: “Tamamilə qəbuledilməz və qəribədir ki, Ermənistan kimi kiçik, yoxsul və zəif ölkənin Türkiyə kimi böyük və güclü ölkəyə qarşı ərazi iddiaları var. Onlar öz ideoloji doqmalarına o qədər tabe idilər və türkofobiya dövlət siyasəti oldu ki, hətta reallıq hissini itiriblər... Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, öz konstitusiyalarını yenidən yazmalıdırlar. Onlar yeni konstitusiya qəbul etməlidirlər”.

Diqqətçəkicidir ki, İlham Əliyevin bu sözlərinin ardınca Armen Sərkisyan Tiflisdə nümayişkaranə şəkildə Ağrıdağ təxribatına getdi. Bu da onu göstərir ki, rəsmi İrəvan ağıllı təkliflərə qulaq asmağa, əsassız ərazi iddialarından vaz keçməyə hazırlaşmır. Deməli, nəticələrinə də hazır olmalıdır...

Digər Xəbərlər
Xəbər Lenti