Müdafiə Nazirliyindən Nəcməddin Sadıqovla bağlı İTTİHAMLARA CAVAB

22 Fevral 2021 12:30 Gündəm 1 576
Müdafiə Nazirliyindən Nəcməddin Sadıqovla bağlı İTTİHAMLARA CAVAB

"Bəzi elektron media resurslarında özünü "döyüşçü prokuror” adlandıran Fərman Rzayev tərəfindən Vətən müharibəsi dövründə ordumuzun itkiləri və Müdafiə nazirinin fəaliyyəti ilə bağlı əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndirilib".

Sportinfo.az xəbər verir ki, bu barədə "Bakupost"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik açıqlamasında əlavə edib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi "Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən qat-qat çox itkilərə məruz qalıb:

"Müdafiə naziri müharibə başlayan ilk gündən Ali Baş Komandanın rəhbərliyi altında keçirilən döyüş əməliyyatları zamanı qoşunların idarə edilməsini birbaşa həyata keçirib.

Döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən general-polkovnik Zakir Həsənov "Zəfər” ordeni ilə təltif edilib.

Bir daha kütləvi informasiya vasitələrini, eləcə də elektron media resurslarını əsassız, həqiqətə uyğun olmayan və rəsmi şəkildə təsdiqlənməyən məlumatları tirajlamaqdan çəkinməyə çağırırıq".

Qeyd edək ki, uzun illər hərbi və mülki prokurorluq sistemində çalışan, "döyüşçü prokuror” olaraq təqdim edilən Fərman Rzayev öz müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Necməddin Sadıqov və digər vəzifəli şəxslər barəsində müxtəlif ittihamlar səsləndirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"