"Nəsə etməyə çalışdım, heç nə alınmadı, nə etmək olar?" VİDEO

23 Sentyabr 2019 00:42 Güləş 473
"Nəsə etməyə çalışdım, heç nə alınmadı, nə etmək olar?" VİDEO

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında sonuncu medalımızı Şərif Şərifov əldə edib.

Sportinfo.az xəbər verir ki, səkkiz ildən sonra ikinci dəfə dünya çempionatının finalına çıxan və 97 kq-da gümüş medal qazanan güləşçimiz təəssüratlarını Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlayıb:

"Əlbəttə, bu dünya çempionatı çox çətin idi. Olimpiadaya lisenziya xarakteri daşıyırdı. Hamı yüksək nailiyyətlərə köklənmişdi. Hamı kimi mən də hazırlaşmışdım. Abdulrəşid Sadullayevlə bir-birimizi çox yaxşı tanıyırıq. Özümü yaxşı hiss edirdim, amma alınmadı".

Olimpiya, dünya və Avropa çempionu Sədullayevə üçüncü dəfə uduzmasını belə izah edib: "Təəssüf ki, bu dəfə də məğlub oldum. Onunla qonşuyuq, eyni zalda məşq etmişik, bir-birimizə, güləş taktikamıza yaxşı bələdik.

Ola bilsin, bu amil mənim üçün daha da çətinlik yaradırdı. Qələbə üçün nə çatmadığını deyə bilmərəm. Rəqibim 4:0 hesabı ilə önə keçdikdən sonra nə isə etməyə çalışdım. Amma heç nə alınmadı. Nə etmək olar?".

Şərifov 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da 97 kq çəkidə çıxış edəcəyini bildirib. O, hansı yarışlarda çıxış edəcəyinə məşqçilər heyəti ilə birgə qərar verəcəklərini diqqətə çatdırıb.

Şərif Şərifov Azərbaycanın "Tokio-2020"yə sərbəst güləş növündə qazandığı yeganə lisenziyanın müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti